ÖZ XƏBƏR
Cəlilabad şəhərində 50 min manata bordür düzmək istəyirmişlər
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər ərazi nümayəndəliyi tərəfindən Heydər Əliyev prospektində yararsız vəziyyətə düşmüş bordürlərin yenisi ilə əvəz olunması məqsədilə planlaşdırılan satınalma proseduru nəzarət orqanının qərarı ilə ləğv edilib.
32gun.az əbər verir ki, layihənin ehtimal olunan dəyəri 49.979,20 AZN təşkil edirdi.
Satınalmanın məhz nəzarət orqanının qərarı əsasında ləğv edildiyi bildirilib. Lakin qərarın səbəbləri barədə əlavə açıqlama verilməyib.
Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbəri Rafiq Cəlilovdur. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısına Cəlilabad şəhər ərazi dairəsi üzrə nümayəndə Vahid Mirzəyevdir. O bu vəzifəyə ötən il sentyabr ayında təyin olunub.
Ayaz