Azərbaycanın Xalq Artisti Arif Quliyevin ailə fotosu yayıldı
Azərbaycan səhnəsinin unudulmaz simalarından biri, mərhum Xalq artisti Arif Quliyevin ailəsi ilə çəkilmiş nadir foto sosial şəbəkələrdə paylaşılıb.
32gun.az bildirir ki, Qara-ağ formatda olan bu arxiv görüntüsündə sənətkar həyat yoldaşı və övladları ilə birlikdə əks olunub. Foto bir çox izləyicilərdə nostalji hisslər oyadıb və böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Arif Quliyev uzun illər Azərbaycan teatr və kino sənətinə xidmət etmiş, tamaşaçıların yaddaşında yaratdığı yaddaqalan obrazlarla dərin iz buraxmışdır. O, Azərbaycan SSR Əməkdar artisti və Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.
Sosial şəbəkə istifadəçiləri sənətkarı sevgi və ehtiramla anaraq, onun sənət irsinin heç vaxt unudulmayacağını bildiriblər.
Nilay