ÖZ XƏBƏR
“AUTO İNTERIOR” MMC-yə maliyyə sanksiyası tətbiq edildi
Vergilər orqanları tərəfindən aparılan operativ vergi nəzarəti nəticəsində “AUTO İNTERIOR” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maliyyə sanksiyası tətbiq olunub.
32gun.az xəbər verir ki, Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə tərtib edilmiş AKT-a əsasən, şirkətə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 3B, mənzil 92 olaraq qeyd edilib. Rəsmi sənədlərdə müəssisə ilə əlaqəli şəxs kimi Səfər Hacıyev Lətif oğlu göstərilir.
Ayaz