EKONOMİKS ÖZ XƏBƏR

Leobank müştərisi hesabına yatırılan vəsaitin gecikməsindən narazıdır

Leobank müştərisi Elçin Həbib bankın xidmətindən narazılığını bildirib.
32gun.az xəbər verir ki, onun sözlərinə görə, artıq iki gündür hesabına yerləşdirdiyi depozit vəsaiti sistemdə görünmür.
Müştəri qeyd edib ki, depoziti tətbiq üzərindən yerləşdirib və videozəng vasitəsilə təsdiqləyib. Bank əməkdaşı ona bir neçə dəqiqə ərzində depozit hesabının açılacağını bildirib. Lakin aradan saatlar keçsə də, vəsait hələ də hesabda əks olunmayıb.

“Axşam də yenidən dəstək xidməti ilə əlaqə saxladım, dedilər ki, müraciət qeydə alınıb və 5 iş günü ərzində baxılacaq. Bu nə məsuliyyətsizlikdir? Burada baxılası nə var axı? Mən pulumu sizə əmanət edirəm, amma cavab almaq üçün günlərlə gözləməli oluram”, – deyə Elçin Həbib bildirib.

O əlavə edib ki, Leobank-ın müştəri xidməti problemi həll etməkdə passiv davranır və verilən cavablar formal xarakter daşıyır. Müştəri digərlərinə də belə problemlərlə üzləşməmək üçün bu bankda depozit açmamağı tövsiyə edib.

Hazırda Elçin Həbibin müraciəti cavabsız qalır və müştəri problemin necə həll olunacağını gözlədiyini bildirib.

Qeyd edək ki, “Leobank” “Unibank”ın tərkibindədir.

Ayaz 

Oxşar Xəbərlər