Naxçıvan Muxtar Respublikasının 2026-cı il üçün büdcə parametrləri dəyişib. Belə ki, gələn il üçün büdcənin gəlir və xərcləri ümumilikdə 483 milyon manat səviyyəsində olacaq.
32gun.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev məlumat verib.
Nazir bildirib ki, Naxçıvanın büdcə gəlirlərində cari illə müqayisədə 52 milyon manat və ya 24% artım nəzərdə tutulur. Xərclərdə isə 22 milyon manat azalma var. Nəticə etibarilə, muxtar respublikaya ayrılacaq dotasiya 74 milyon manat və ya 26% azalıb.
Sahil Babayev bunu Naxçıvan Muxtar Respublikasında son dövrdə aparılan islahatların real nəticəsi kimi qiymətləndirib.
Ayaz