Alıcı “GoSport” mağazasından aldığı ayaqqabının ƏDV-si qaytarılmadığına görə narazıdır
Sosial şəbəkələrdə paylaşılan məlumata görə, bir vətəndaş bu gün Dəniz Mall-da yerləşən GoSport mağazasından ayaqqabı alıb, lakin ƏDV geri qaytarılması zamanı sistemdə gözlənilməz bildirişlə qarşılaşıb.
32gun.az xəbər verir ki, Alıcının sözlərinə görə, çeki “edv.gov.az” portalında qeydiyyatdan keçirdikdə sistem belə bir xəbərdarlıq göstərib:
“Alkoqollu içkilər və tütün məlumatlarına ƏDV qaytarılmır.”
Şikayətçi qeyd edib ki, bu, idman geyimi mağazasından edilən alış üçün tamamilə əlaqəsiz bir mesajdır:
“Ayaqqabı almışam, amma sistem bunu sanki alkoqollu məhsul kimi tanıyır. Bu nə deməkdir?”
Vətəndaş həmçinin bildirib ki, təxminən iki həftə əvvəl onun iş yoldaşı da eyni mağazadan alış-veriş edib və eyni problemlə qarşılaşıb.
Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər bu halın vergi və ya kassadan məlumat ötürülməsi sistemindəki texniki nasazlıqla bağlı ola biləcəyini ehtimal edirlər.
Məsələ ilə bağlı hələlik GoSport mağazası və Vergilər Xidməti tərəfindən rəsmi açıqlama verilməyib.
Ayaz