Sankt-Peterburqda kişini döydüyü üçün istintaqa cəlb olunan MMA döyüşçüsü Ərziman Bayramov barəsindəki cinayət işi dayandırılıb.
32gun.az xəbər verir ki, bu barədə “Mash na sporte” məlumat yayıb.
Hadisə bir kişinin Bayramova ictimai yerdə namaz qıldığı üçün irad bildirməsindən sonra baş verib.
30 yaşlı Dağıstan əsilli idmançı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi (“Xuliqanlıq”) ilə təqsirləndirilirdi. Polis məlumatına görə, 2025-ci il sentyabrın 30-da Bayramov “Vicdan azadlığı və dini birliklər haqqında” federal qanunun müddəalarının fərqli yozulması ilə bağlı yaranan mübahisə zamanı qarşı tərəfə bədən xəsarətləri yetirib.
Xatırladaq ki, 2022-ci ilin martında Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarının yarışlardan uzaqlaşdırılmasını tövsiyə etmişdi. 2023-cü ilin dekabrında isə təşkilat rusiyalı idmançıların 2024-cü il Paris Olimpiadasında neytral statusda iştirakına icazə verib. Nəticədə Fransaya 15 rus idmançı yollanmış, onlara Rusiya bayrağı və himnindən istifadə qadağan edilmişdi.
Ayaz