ÖZ XƏBƏR
Cəlilabadda yeni 9.6 milyoluq xəstəxana tikintisi davam etdiriləcək – tenderin qalibi bəlli oldu
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə olan müəssisələrinin müdiriyyəti Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin davamı (II mərhələ) ilə bağlı tenderin nəticələrini açıqlayıb.
32gun.az xəbər verir ki, layihənin icrası üzrə “PRO CONSTRUCTION COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub.
Şirkətlə 9 milyon 681 min 787,26 manat məbləğində müqavilə bağlanması gözlənilir.
Xatırladaq ki, layihənin birinci mərhələsi çərçivəsində binanın əsas konstruksiyaları inşa edilib. İkinci mərhələ isə daxili təchizat, avadanlıqların quraşdırılması və tikinti işlərinin yekunlaşdırılmasını əhatə edəcək.
Ayaz