ÖZ XƏBƏR

Sumqayıtda 958 min manatlıq alış-veriş görün niyə dayandı 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Küçə İşıqları” Təsərrüfat Hesablı Xidmət Sahəsi elektrik mal-materiallarının və digər əlaqəli malların satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 958 min 689,28 manat təşkil edirdi.

Tenderin ləğv edilməsinə səbəb müsabiqəyə təklif verən malgöndərənlərin sayının qanunvericiliklə müəyyən edilən minimum həddən – yəni üçdən az olmasıdır.

Qanunun 36.1.1-ci maddəsinə əsasən, bu halda satınalma proseduru tamamlanmış hesab edilmir və tender ləğv olunur.

Xatırladaq ki, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.

Ayaz 

 

Oxşar Xəbərlər