ÖZ XƏBƏR

“Layihə İstehsal Texnologiya Elektronika Xidmət”inə qarşı sanksiya tətbiq olunub / FOTOFAKT

“Layihə İstehsal Texnologiya Elektronika Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə vergi orqanları tərəfindən səyyar yoxlama aparılıb.

32gun.az xəbər verir ki, yoxlama nəticəsində şirkətə qarşı 27 min 948,52 manat əlavə vergi25 min 202,27 manat maliyyə sanksiyası tətbiq edilib. Ümumi vergi borcu isə 55 min 559,38 manat təşkil edir.

Qurumun hüquqi ünvanı Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 23, mənzil 13 göstərilib. Şirkətin qanuni təmsilçisi Mahmud Rüstəmov Azər oğludur.

Əldə olunan məlumata görə, “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC hazırda riskli vergi ödəyiciləri siyahısında yer alır.

Vergi Məcəlləsinə əsasən, bu kateqoriyaya daxil edilən şirkətlərdə uçot, hesabat və ödəniş intizamı ilə bağlı ciddi pozuntular aşkar olunur və onlar əlavə nəzarət tədbirləri ilə üzləşirlər.

Ayaz

Oxşar Xəbərlər