ÖZ XƏBƏR

Gömrük Hospitalının 425 min manatlıq tibbi material tenderi ləğv edildi

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən ürək əməliyyatları üçün xüsusi tibbi sərf materiallarının satın alınması ilə bağlı elan edilmiş tender ləğv olunub.

32gun.az xəbər verir ki, satınalmanın dayandırılmasına səbəb təklif və təminat təqdim edən, həmçinin tələb olunan hallarda müvafiq lisenziyaya malik təchizatçıların sayının üçdən az olmasıdır. Bu səbəbdən tender “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib.

Layihənin ehtimal olunan dəyəri 425.664,65 manat təşkil edirdi.

Hospital tender çərçivəsində ürək əməliyyatlarında istifadə olunan xüsusi tibbi sərf materiallarının alınmasını planlaşdırırdı. Lakin yetərsay təmin olunmadığı üçün satınalma prosesi baş tutmayıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov, Mərkəzi Gömrük Hospitalının rəisi və baş həkimi isə Bəxtiyar Musayevdir.

Ayaz

Oxşar Xəbərlər