Qobustan Rayon İcra Hakimiyyəti yeni yükləyici ekskavator alır
Qobustan Rayon İcra Hakimiyyəti yükləyici ekskavatorun satın alınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 149.000 manat təşkil edir. Texniki şərtlərə əsasən, alınacaq ekskavator 2024 və ya 2025-ci il istehsalı, təkərli, dizel mühərrikli və ən azı 92 at gücündə olmalıdır.
Avadanlığın ön təknə həcmi minimum 1 m³, arxa təknə həcmi isə 0,17 m³ nəzərdə tutulur. Həmçinin texnikada teleskopik uzanan qol, hidravlik xətt, kondisioner, LCD ekran idarəetmə paneli kimi funksiyalar tələb olunur.
Ekskavatorun işlək çəkisi minimum 8400 kq, yanacaq çəni tutumu isə ən azı 130 litr olmalıdır. Təchizatçı şirkət avadanlığa 2 il zəmanət verməlidir.
Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyətinə Adil Məmmədov rəhbərlik edir.
Ayaz