SOSIAL ÖZ XƏBƏR

Bu Mərkəz üçün veb sayt hazırlanacaq / 121 min manatlıq 

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” Publik Hüquqi Şəxsi üçün rəsmi veb saytın yaradılması xidmətinin satın alınması üzrə tender elan edilib. Ehtimal olunan qiymət 120.655,00 AZN təşkil edir.

Tender çərçivəsində hazırlanacaq xidmətlərə Mərkəzin rəsmi veb saytının yaradılması, xarici ölkədə akkreditə edilmiş tədbirdə iştirakla bağlı kredit sertifikatını təsdiq etmək üçün şəxsi kabinetdə elektron müraciət xidməti, xarici akkreditə tədbirdə iştirakla bağlı əlavə sertifikatın Akkreditasiya Mərkəzi tərəfindən təsdiqi (Admin Panel), DPİ kredit miqdarını toplamış şəxslər üçün sertifikasiya şəhadətnaməsinin təsdiqi üzrə elektron müraciət sistemi və DPİ kredit miqdarını toplamış və ya sertifikasiya imtahanından keçmiş şəxslər üçün sertifikasiya şəhadətnaməsinin təsdiqi və elektron imza ilə imzalanması sistemi daxildir.

Xidmət bir ədəd veb sayt və əlaqəli elektron sistemlərin hazırlanmasını əhatə edir.

Nilay 

Oxşar Xəbərlər