ÖZ XƏBƏR

Vilayət Vəliyev laqonda, almaz mişarlar kəsər, çəkic, tərəzi və.s almaq istəyirmiş -  464 min manatlıq

“Azerbaycan Texniki Universiteti” publik hüquqi şəxsin təsərrüfat mallarının satın alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 463.803,33 manat təşkil edirdi. Tender nəzarət orqanının qərarı ilə ləğv edilib.

Layihə çərçivəsində filtr böyük, laqonda nasadkası (180 mm və 115 mm üçün), fibra, almaz mişarlar, ştiker (skopvuran), kəlbətin, mismar çıxardan (1 m və 0,6 m), kəsər, çəkic (0,5 kq), kafel kəsən, tərəzi, laqonda balaca və digər təsərrüfat alətlərinin alınması planlaşdırılırdı. Tenderin ləğvi ilə bağlı əlavə səbəblər açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevdir.

Ayaz

Oxşar Xəbərlər