Bəhruz Şirəliyevin cərimələnmiş şirkəti 2.8 milyon manatlıq müqavilə bağlaya bilər
“Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxs İİV-lə mübarizə tədbirlər proqramı çərçivəsində antiretrovirus (ARV) dərmanlarının satın alınması məqsədilə “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlaya bilər.
32gun.az xəbər verir ki, müqavilənin dəyəri 2.861.504,72 AZN təşkil edir.
32gun.az xatırladır ki, qalib şirkət əvvəllər bir neçə dəfə maliyyə sanksiyaları ilə üzləşib. Operativ vergi nəzarəti çərçivəsində POS-terminalların quraşdırılması və istifadəsinə nəzarət zamanı 1000 manat, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması halları ilə bağlı isə 1000 manatdan 6000 manatadək maliyyə sanksiyaları tətbiq edilib.

Bildirək ki, “Zeytun Pharmaceuticals” MMC-nin sahibi BƏHRUZ ŞİRƏLİYEV ƏVƏZ OĞLUdur. MMC-nin nizamnamə kapitalı isə 2000 AZN, hquqi ünvanı isə BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, OQTAY VƏLİYEV, ev 21C-dir. Mətbuatda gedən məlumatlara görə, Bəhruz Şirəliyev “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinirdi. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu “Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov, Mərkəzi Gömrük Hospitalının rəisi və baş həkimi isə Bəxtiyar Musayevdir.
Ayaz