“MY LAUNDRY” MMC-yə cərimə yazıldı – bu qaydaları pozdu
“MY LAUNDRY” Məhdud Məsuliyyətli Cəmiyyətinə vergi orqanları tərəfindən 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
32gun.az xəbər verir ki, cərimə operativ vergi nəzarəti zamanı tərtib edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt” əsasında verilib.
Vergilər Xidmətinin məlumatına görə, şirkət nağd hesablaşmalar zamanı qanunvericilik tələblərinə tam əməl etmədiyi üçün məsuliyyətə cəlb olunub.
“MY LAUNDRY” MMC-nin rəsmi məlumatlarına əsasən, şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır, onun qanuni təmsilçisi isə Musa Qurbanov Əlihüseyn oğludur.
Qeyd edək ki, son aylarda Vergilər Xidməti tərəfindən kiçik biznes subyektlərində nağd əməliyyatlar və kassa intizamına dair yoxlamalar gücləndirilib.
Ayaz