DÜNYA
Tramp daha bir münaqişənin həll edəcəyinə söz verdi
ABŞ prezidenti Donald Tramp Cənubi Koreyalı həmkarı Li Çje Myonla danışıqlar zamanı Koreya yarımadasındakı münaqişəni həll etmək niyyətində olduğunu bildirib .
"32gun.az" xəbər verir ki, onun sözlərini "Reuters" sitat gətirib.
"Mən bilirəm ki, siz Koreya yarımadasında rəsmi olaraq müharibə vəziyyətindəsiniz, lakin biz bunu həll edə bilərik", - Ağ Ev rəhbəri qeyd edib.
Qeyd edək ki, Cənubi və Şimali Koreya arasında müharibə 1950-ci ildən 1953-cü ilə qədər davam edib.