ÖZ XƏBƏR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mənzil təmirini həyata keçirəcək

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tenderin qalibi “İS Təmir Tikinti” MMC olub.

32gun.az xəbər verir ki,  tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 485.358,53 AZN təşkil edir.

Satınalma çərçivəsində Bakı və Sumqayıt şəhərləri, Abşeron, Şabran və Kürdəmir rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmiri həyata keçiriləcək.

Nİlay

Oxşar Xəbərlər