ÖZ XƏBƏR
Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı dərman vasitələri alacaq
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı müxtəlif növ dərman vasitələrinin satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 641.282,30 AZN səviyyəsində qiymətləndirilir.
Tender çərçivəsində satın alınacaq dərman vasitələrinin növləri və miqdarları hospitalın ehtiyaclarına uyğun müəyyən edilib. İştirakçılar dərmanların keyfiyyətinə, standartlara uyğunluğuna və təchizatın vaxtında həyata keçirilməsinə ciddi əməl etməlidirlər.
Ayaz