ÖZ XƏBƏR
Respublika Klinik Xəstəxanası tibbi avadanlıq və istilik sistemlərini yeniləyir
“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” müxtəlif növ avadanlıqlar və malların satın alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 58.284,13 AZN təşkil edir.
Tender çərçivəsində xəstəxanaya aşağıdakı avadanlıqlar alınacaq: çoxfunksiyalı cərrahi sistem, müxtəlif güclü kondisionerlər, elektrik konvektorları, panel radiatorlar, isitmə və qaynatma modulları, eləcə də su nasosları. Avadanlıqlar müasir tibbi və texniki tələblərə cavab verəcək, əməliyyat və istilik sistemlərinin təhlükəsiz və səmərəli işləməsini təmin edəcək.
Ayaz