ÖZ XƏBƏR
Oğuz Rayon Mərkəzi Xəstəxanası tibbi avadanlıqların satınalınması üçün elan verdi
Oğuz Rayon Mərkəzi Xəstəxanası maşın və avadanlıqların satınalınması üzrə elan yayıb. Satınalmanın ehtimal olunan dəyəri 33.158,00 AZN-dir.
Satınalma çərçivəsində aşağıdakı avadanlıqlar təmin olunacaq:
Tonometr – avtomatik osillometrik üsulla ölçmə, aritmiya aşkarlama, yaddaş funksiyası, portativlik (16 ədəd)
Termometr – 32–42,9 °C ölçmə diapazonu, dəqiqlik ±0,1°, suya davamlı (15 ədəd)
Pulsoksimetr – SpO₂ və nəbz ölçümü, LED göstərici, minimum 24 saat fasiləsiz işləmə (10 ədəd)
Uşaq tərəzi – 0–20 kq ölçü, LCD ekran (3 ədəd)
Böyük tərəzi – 2,5–150 kq ölçü, rəqəmsal LCD/LED ekran (3 ədəd)
Kondisioner – 30–40 m² otaqlar üçün, split sistemi, Wi-Fi idarəetmə, soyutma və isitmə rejimi (2 ədəd) və.sairə.
Ayaz