Böyük Britaniyanın ən varlı şəxsi kimi tanınan iş adamı Göpi Hinduja 85 yaşında dünyasını dəyişib.
32gun.az xəbər verir ki, bu barədə Financial Times öz mənbələrinə istinadən məlumat yayıb.
Hinduja uzun illərdir külli miqdarda sərvətə malik olan Hinduja Qrupunun rəhbərlərindən biri idi və ailəsi ilə birlikdə “Sunday Times Rich List”də dəfələrlə birinci yerdə qərarlaşıb.
Məlumatda ölüm səbəbi açıqlanmayıb. Ailənin yaxın günlərdə rəsmi bəyanat yayacağı gözlənilir.
Ayaz