ÖZ XƏBƏR

Qırmızı nəhəngə çevrilən ulduzlar yaxın planetləri “uda” bilər — alimlər xəbərdarlıq edir

Kaliforniya Universiteti (Los-Anceles) və Uorvik Universitetinin alimləri müəyyən ediblər ki, ulduzlar qırmızı nəhəng mərhələsinə keçdikdə, onlara çox yaxın dövr edən nəhəng planetləri məhv edə bilirlər.

32gun.az xəbər verir ki, araşdırmanın nəticələri Monthly Notices of the Royal Astronomical Society (MNRAS) jurnalında dərc olunub.

Məlumata görə, ulduzlarda hidrogen tükəndikdən sonra onlar genişlənir və səth temperaturu aşağı düşür. Alimlər bu mərhələnin başlanğıcında olan təxminən yarım milyon belə ulduzu öyrəniblər və TESS kosmik teleskopunun məlumatları əsasında 30 planet və planet namizədi müəyyən ediblər ki, onların 33-ü daha əvvəl elmə məlum deyildi.

Aparılan analiz göstərib ki, ulduz genişləndikcə və soyuduqca, onun yaxınlığında böyük planetlərin qalma ehtimalı azalır. Bu proses “cazibəvi gel-git qarşılıqlı təsiri” nəticəsində baş verir — ulduz və planet arasında davam edən cazibə “dartınması” planetin orbitini tədricən zəiflədir və onu ulduza doğru yaxınlaşdırır. Nəticədə planet ulduz tərəfindən udulur və məhv olur.

Araşdırmanın rəhbəri Edvard Brayant qeyd edib ki, bu mexanizm gələcəkdə Günəş üçün də keçərli olacaq. Onun sözlərinə görə, bir neçə milyard ildən sonra Günəş qırmızı nəhəng mərhələsinə çatanda bəzi planetlər təhlükə ilə üz-üzə qala bilər.

Alimlərin proqnozuna əsasən, Yer birbaşa udulmaqdan yayınsa da, həmin dövrdə onun üzərində həyatın mövcudluğu artıq mümkün olmayacaq.

Nilay 

Oxşar Xəbərlər