ÖZ XƏBƏR
Vətən Müharibəsinin ilk şəhidlərindən olan baş leytenant Xalid Gözəlov xatırlandı
Vətən Müharibəsinin ilk şəhidlərindən biri olan baş leytenant Xalid Gözəlovun (1996–2020) görüntüsü sosial şəbəkələrdə yenidən paylaşılıb. 32gun.az bildirir ki, Foto izləyicilərdə həm hüzn, həm də qürur hissi yaradıb.
Məlumata görə, vətənə sədaqətlə xidmət etmiş hərbçi 2020-ci il sentyabrın 27-də, döyüşlərin ilk günündə şəhid olub. Onun qəhrəmanlığı və göstərdiyi şücaət Azərbaycan xalqı tərəfindən daim ehtiramla anılır.
Şəhidimizin ruhu qarşısında baş əyir, ailəsinə dərin hörmət və səbir diləyirik.
Vətən sağ olsun!
Ayaz