ÖZ XƏBƏR

Azərbaycan Dənizçilik Kollecində iki mühafizəçi - 67 min manata

 “Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci” Publik Hüquqi Şəxsi mühafizə xidmətinin satın alınması ilə bağlı tenderin qalibini müəyyən edib.

32gun.az xəbər verir ki, Tenderin qalibi “GESCO” Açıq Səhmdar Cəmiyyəti olub. Qalib şirkətlə 67.401,6 manat məbləğində müqavilə bağlanacağı gözlənilir.

Müqavilə şərtlərinə əsasən, “GESCO” ASC tərəfindən Kollecin əsas inzibati binasının girişinin və ərazisinin 24 saat rejimində mühafizəsi həyata keçiriləcək. Hər iki post üzrə xidmət müddəti 12 ay təşkil edir.

Qeyd edək ki, Azərbaycan Dənizçilik Kollecinin direktoru Namiq Ağamalıyevdir.

Ayaz

Oxşar Xəbərlər