ÖZ XƏBƏR
Azərbaycan Tibb Universitetində 46 minə görün nə alınacaq
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üçün tender elan edilib.
32gun.az xəbər verir ki, xidmətlər illik olaraq həyata keçiriləcək, daşınma üçün 394 kub metr B və C sinfi tibbi tullantı, zərərsizləşdirilmə üçün isə 208 ədəd tullantı nəzərdə tutulub.
Satınalmanın ehtimal olunan qiyməti 45.511,66 AZN təşkil edir və tender “ada uyğun” şərtlərlə keçiriləcək.
Ayaz