DÜNYA

Bu gün Ərdoğanla Bayden görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Brüsseldə amerikalı həmkarı Co Baydenlə görüşəcək.

32gun.az “Hürriyet”ə istinadən xəbər verir ki, liderlər NATO-nun Fövqəladə Liderlər Zirvə toplantısında Ukrayna gündəmi ilə bir araya gələcəklər.

Ərdoğan həmçinin NATO-nun baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İngiltərə Baş naziri Boris Consonla görüş keçirəcəyi gözlənilir.

Oxşar Xəbərlər