SOSIAL

DTX-nın tutduğu sabiq icra başçısının vəziyyəti pisləşdi - XƏSTƏXANAYA KÖÇÜRÜLDÜ

Hazırda həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhətində problem yaranıb.

32gun.az   xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları deyib.

Məlumata görə, Pentensiar  Xidmətin Müalicə Müəssisəsində saxlanılan Mahir Quliyevin durumu kəskin pisləşdiyindən onu Bakı Sağlamlıq Mərkəzinə köçürüblər. 

Hazırda  durumun ağır olduğu deyilən icra başçısıın qarın nayihəsində kəskin şişin yarandığı və huşsuz vəziyyətə düşdüyü deyilir.

Onu da xatırladaq ki, Mahir Quliyev həbsdə olarkən ürək əməliyyatı  da keçirib.

Oxşar Xəbərlər