SOSIAL
SON DƏQİQƏ! Operativ Qərargah iki vacib məlumatı əhaliyə çatdırdı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
32g.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 2 nəfər COVID-19-dan dünyasını dəyişib.
Operativ Qərargahın digər məlumatına görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 914 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 5 5418 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 362 olub.