Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin hökumət başçılarının şurasının iclasında iştirak etmək üçün Rusiyaya gələn Monqolustanın baş naziri Gombojavın Zandanshatarlı Kremlə qəbul edib.
32gun.az xəbər verir ki, bu barədə Kremlin Telegram kanalında məlumat verilib.
Putin bildirib ki, Rusiya və Monqolustan arasında ikitərəfli münasibətlər ardıcıl şəkildə inkişaf edir.
Bundan əlavə, dövlət başçısı Kremlə gəlmiş ŞƏT hökumət başçıları şurası nümayəndə heyətlərinin rəhbərlərini də qəbul edib. Putin ayrı-ayrılıqda Çin Xalq Respublikasının Dövlət Şurasının sədri Li Tsyan və Hindistanın xarici işlər naziri Subramaniam Cayşankar ilə ikitərəfli görüşlər keçirib.
Daha əvvəl prezident bildirmişdi ki, Rusiyanın ŞƏT ölkələri ilə ticarət dövriyyəsi artmağa davam edir və 2024-cü ildə 409 milyard dollara çatıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə ABŞ-ın Rusiya ilə əməkdaşlığa görə yeni sanksiyalar nəzərdə tutan qanun layihəsinin ŞƏT-in fəaliyyətinə təsir göstərməyəcəyini vurğulayıb.
Kreml nümayəndəsi qeyd edib ki, sənəd hələ layihə mərhələsindədir və qəbul edilməyib. Onun sözlərinə görə, layihənin gələcək taleyi aydın deyil və hazırda ABŞ prezidenti Donald Trampın nəyə dəstək verdiyi barədə dəqiq məlumat yoxdur.
Ayaz