Suraxanı Maşınqayırma Zavodu layihə-smeta sənədləri üçün 82 minlik müqavilə bağlayıb
Suraxanı Maşınqayırma Zavodu ASC-nin layihə-smeta sənədlərinin hazırlanması işləri üçün “KON-LAY PROJECT” MMC qalib gəlib.
32gun.az xəbər verir ki, tərəflər arasında 82.713,04 AZN dəyərində müqavilənin bağlanması gözlənilir.
Layihə çərçivəsində baş plan əraziyə uyğun hazırlanacaq, geoloji hesabat və rəy təqdim ediləcək, memarlıq və konstruktiv həllər tikililərə uyğun tərtib olunacaq, ekologiya bölməsi nəzərə alınacaq və smeta sənədləri bölmələrə uyğun hazırlanacaq. Eyni zamanda mühəndis-kommunikasiya həlləri – elektrik işıqlandırma və güc avadanlığı, su təchizatı və kanalizasiya sistemləri, yanğın siqnalizasiya sistemi, sahədaxili və xarici işıqlanma daxil olmaqla – 42.804,4 m² sahəyə tətbiq ediləcək, tikintinin təşkili layihəsi isə tikililərə uyğun hazırlanacaq.
Ayaz