HADİSƏ
Salyan sakini itkin düşdü
Salyan rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədzadə İsmət Fikrət oğlu noyabrın 21-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
"32gun.az" unikal'a istinadən xəbər verir ki, İ.Məmmədzadənin əlamətləri: boyu 172 sm, arıq bədən quruluşludur. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055 390 87 87, 050 693 19 38) məlumat vermələri xahiş olunur.