DÜNYA ÖZ XƏBƏR

Demans xəstəsi olan qadın səhvən oğlunun qızıl külçələrini atıb

Tailandda qadın səhvən 2 milyon bata dəyərində qızıl külçələrini tulladı

Tailandda yaşayan bir kişi bildirib ki, onun diqqətsiz anası səhvən üç qızıl külçəni (61 700 ABŞ dolları) zibil qutusuna atıb.

32gun.az xəbər verir ki, hadisə ilə bağlı Daily News qəzeti məlumat yayıb.

Gənc kişi kamera görüntülərini paylaşaraq, zibil maşınının külçələri apardığını təsdiqləyib və zibil işçilərinə qiymətli metalı tapmağa kömək etmələri üçün mükafat təklif edib.

Qadın polisə müraciət etsə də, orqanlar zibil maşınının tapılmasının çətin olduğunu və ehtimal ki, artıq zibillərin yandırıldığını bildiriblər. Ailə qeyd edib ki, bu külçələr onların yeganə ailə investisiyası idi.

Ayaz 

Oxşar Xəbərlər