DÜNYA COP 29

Ukrayna gələcəkdə NATO-ya üzvlükdən imtina etməyəcək

Ukrayna ABŞ-ın sülh planına baxmayaraq gələcəkdə NATO-ya üzvlükdən imtina etməyəcək. 32gun.az xəbər verir ki, bunu Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Axios portalına açıqlamasında bildirib.

Yermak qeyd edib ki, hazırda Ukrayna NATO üzvü deyil və ölkə reallığı ilə yaşamalıdır:
"İndi biz reallıqda yaşayırıq. Biz NATO-da deyilik," – deyə o bildirib.

Onun sözlərinə görə, Ukraynanın NATO və Avropa İttifaqına üzvlük arzusu 2019-cu ildə qüvvəyə minmiş qanunla təsbit edilib. Bu qanuna əsasən, ölkə prezidenti dövlətin Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) tam hüquqlu üzvlüyü strategiyasının təminatçısıdır.

ABC News və CBS News məlumat verib ki, 25 noyabrda Ukrayna ABŞ-ın yeni sülh planının şərtlərini qəbul edib. The Wall Street Journal qəzetinin məlumatına görə, Cenevrədə keçirilən görüş zamanı sənədə Ukrayna üçün daha münasib dəyişikliklər əlavə edilib. Xüsusilə, sənəddə Ukrayna ordusunun sayı 800 min nəfərə qədər artırılıb və ölkənin NATO-ya üzv olmasını qadağan edən ifadələr çıxarılıb.

Bu addım, Ukraynanın həm müdafiə potensialını artırmaq, həm də Avropa və NATO istiqamətində strateji kursunu davam etdirmək niyyətini əks etdirir.

Ayaz 

Oxşar Xəbərlər