SOSIAL

Məşhur Xəlilovlardan Prezidentdə və Baş Prokurorluğa şikayət edildi — ŞOK DETALLAR

İllərdir qarajını ala bilməyən vətəndaş şikayət edir.Söhbət "Dolçasaray" MTK-nın tikdiyi binalardan gedir.

Bu barədə Oxu24.com-a müraciət edən Səbinə Arif qızı Abdurrəhmanova bildirib.Vətəndaşın bildirdiyinə görə,qarşılaşdığı ədalətsiz və qanunsuz əməllərə görə,MTK-nın rəhbər şəxslərindən Prezident İlham ƏliyevəBaş Prokurorluğa və Daxili İşlər Nazirliyinə,həmçinin,digər qurumlara rəsmi müraciət hazırlayıb.Şikayətçinin bildirdiyinə görə,sözügedən "Dolçasaray" MTK-nın rəhbərliyi məsuliyyəti boynundan atmaq üçün müxtəlif fırıldaqlara əl atır.Şirkətin rəhbəri olan Hilal Xəlilov çirkin əməllərini ört-basdır etmək məqsədi ilə MTK-nı müvəqqəti olaraq qardaşı  Fəxrəddin Xəlilovun adına keçirib.

 

 

Onun sözlərinə görə,"Dolçasaray  Mənzil-Tikinti Kooperativ" tərəfindən illərdir aldadılır. Maşın saxlamaq üçün 35 min dolları alınsa da,bugünədək qaraj  ona təhvil verilməyib.

 

"Bakı şəhəri,Səbail rayonu,Nizami küçəsi 96-706-cı məhəllədə yerləşən binada 1 ədəd maşın üçün dayanacaq yeri məqsədi ilə  "Dolçasaray MTK"ya  35 min dollar pul ödədim.Həmin vaxt bina hələ tikilməmişdi.Pulun ödənməsinə dair MTK ilə aramızda müqavilə imzalandı və mənə bununla bağlı möhürlü arayış da verildi.Arayışda MTK-nın sədri Hilal Xəlilovun imzası da əks olunub.2006-cı ildə bağlanmış müqavilə 10 ilə yaxındır ki,icra olunmur.Bu özbaşnalığa son qoyulmasını və bizə müqavilədə göstərilən ya qarajın,ya da ödədiyimiz pulun geri qaytarılmasını  tələb edirik",-deyə şikayətçi bildirib.

 

 

 

 

Vətəndaşın bildirdiyinə görə,şirkət rəhbərliyi tərəfindən aldadıldıqdan sonra rəsmi şikayətlər edib.Bundan sonra onların ödədiyi pulun az bir hissəsini geri ala bilib.

 

"Uzun müddətdən sonra ödədiyimiz 35 min dollardan 10 min dollara yaxın pulumuzu geri ala bildik.İndi yerdə qalan 25 min dolları qaytarmaq istəmirlər.Hər gün şirkətə bir adam rəhbər gətirilir. Bu gün orada Fəxrəddin adlı şəxs direktordur.Ona da dəfələrlə demişik.Bizi hər gün aldadırlar",deyə vətəndaş bildirib.

 

 

 

Oxu24.com  məsələ ilə bağlı hazırda "Dolçasaray"MTK-nın  rəhbər şəxsi olan Fəxrəddin Xəlilovla  əlaqə saxlayıb.O,açıqlamasında problemin olduğunu təsdiqləyib.

"Bu məsələdən xəbərim var.Mən bu işdə yeniyəm.Problem köhnədən qalıb.Artıq bezmişəm bu söz-söhbətlərdən...Ərizə yazıb,işdən çıxacam",-deyə o bildirib.Fəxrəddin Xəlilovun MTK-nın əvvəlki rəhbəri Hilal Xəlilovun qardaşı olduğu deyilir.

Oxşar Xəbərlər