EKONOMİKS

Rusiya–Azərbaycan ticarət dövriyyəsi ilin sonunadək 5 milyard dollara çata bilər

32gun.az xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Evdokimov iki ölkə arasında iqtisadi əməkdaşlığın sürətlə artdığını bildirib.

Diplomatin sözlərinə görə, 2025-ci ilin ilk 10 ayında Rusiya–Azərbaycan ticarət dövriyyəsi 4,15 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% artım deməkdir.

Səfir qeyd edib ki, mövcud dinamika ilin sonuna qədər göstəricinin 5 milyard dollara çatmasını real edir. Evdokimov vurğulayıb ki, artımın əsas səbəbləri arasında idxal-ixrac əməliyyatlarının genişlənməsi, eləcə də iki ölkənin regional iqtisadi layihələrdə daha fəal iştirakı dayanır. 

Oxşar Xəbərlər