HADİSƏ
Xaçmazda mopeddən yıxılan kişi öldü
Xaçmazda mopeddən yıxılan kişi ölüb.
"32gun.az" xəbər verir ki, hadisə rayonun Maqsudkənd kəndi ərazisində qeydə alınıb. 1977-ci il təvəllüdlü Həsrət Qüdrət oğlu Aşurov idarə etdiyi "Minsk" markalı mopeddən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş H.Aşurov həkimlərin səyinə baxmayaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.