HADİSƏ
Yevlaxdakı yanğında şəhidin anası öldü
Yevlaxda yanğın baş verib.
"32gun.az" xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Yanğın zamanı şəhər sakini 1945-ci il təvəllüdlü Nərgiz Mikayılova yanaraq ölüb. Evdə olan 1965-ci il təvəllüdlü Vahabova Yasəmən və 1967-ci il təvəllüdlü Mehdiyev Kamran ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, yanğında ölən Nərgiz Savalan qızı Mikayılova 1-ci Qarabağ müharibəsi şəhidi 1972-ci il təvəllüdlü Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdlr.
Faktla bağlı araşdırma aparılır.