HADİSƏ
Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə - 13 nəfər...
Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.
"32gun.az" xəbər verir ki, hadisə Yuxarı Noxudlu kəndində yerləşən məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, 11 şagird və 2 xadimə odun sobasından çıxan tüstüdən zəhərlənmə şübhəsi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.