ÖZ XƏBƏR
Qaradağ İcra Hakimiyyətinin tabeliyindəki idarənin vergi borcu 100 min manatı ötdü
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vergi borcu artıb.
32gun.az-ın məlumatına görə, qurumun dövlətə olan vergi borcu artaraq 100723.71 manat təşkil edir.
Birliyin qanuni təmsilçisi Namizəd İsmayılov İsmayıl oğlu kimi göstərilib.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur.
O, artıq 13 ildir ki, bu vəzifəni icra edir.
Sözü gedən birliyin borcu may ayında borcu 76 min manat idi.
Ayaz