ÖZ XƏBƏR

Nazirlikdən 5,88 milyonluq sanitar-gigiyena xidməti tenderi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi sanitar-gigiyena xidmətlərinin satın alınması üzrə tender elan edib.

32gun.az xəbər verir ki,  satınalmanın ehtimal olunan dəyəri 5.887.436,79 AZN təşkil edir və müqavilə çərçivəsində aşağıdakı xidmətlər nəzərdə tutulur:

Deratizasiya xidmətləri – 61.033.585,47 m² ərazi üzrə tətbiq olunacaq.

Dezinseksiya xidmətləri – 61.891.552,21 m² sahəni əhatə edəcək.

Dezinfeksiya xidmətləri – 58.103.578,46 m² sahədə həyata keçiriləcək.

Ayaz

Oxşar Xəbərlər