"Azərenerji” 1 milyonluq kimyəvi maddə satınalması üçün “Aqualink” MMC-ni seçdi
“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin müxtəlif növ kimyəvi maddələrin alınması ilə bağlı keçirdiyi tenderin qalibi “Aqualink” MMC olub.
32gun.az xəbər verir ki, tərəflər arasında 1.097.200,11 manat məbləğində müqavilə bağlanması nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, şirkət ilk dəfə 07.04.2010-cu ildə “Turgid” MMC adı ilə dövlət qeydiyyatına alınıb, 14.01.2013-cü ildə isə adını dəyişərək “Aqualink” MMC kimi fəaliyyətini davam etdirib. Hazırda “Aqualink” sənaye və məişət tipli su hazırlanması, o cümlədən su texnologiyaları üzrə ixtisaslaşmış şirkət kimi bazarda fəaliyyət göstərir və enerji obyektlərində istifadə olunan kimyəvi reagentlərin təchizatında iştirak edir.
Qeyd edək ki, “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevdir
Ayaz