ABŞ hakimiyyəti Ekvadorun ən təhlükəli cinayət təşkilatlarından biri olan “Los Çoneros” qruplaşmasının lideri, Fransisko Manuel Bermudes Kagua (ləqəbi Çurron) haqqında məlumat verənlər üçün 5 milyon dollaradək mükafat təyin edib.
32gun.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasına istinadən məlumat verilir.
Rəsmi məlumata görə, mükafat Çurronun həbsinə və/və ya məhkum edilməsinə gətirib çıxaracaq informasiyaya görə veriləcək. O, narkotik və silah qaçaqmalçılığı ilə məşğul olan cinayət şəbəkəsinə rəhbərlik etməkdə, həmçinin ABŞ-da — Nyu-Yorkda kokaine dair qaçaqmalçılıq və saxlama ittihamları üzrə təqsirləndirilir. Hazırda Çurron qaçqın vəziyyətindədir və ədalətdən gizlənir.
Dövlət Departamentinin məlumatında qeyd olunur ki, “Los Çoneros” Ekvadorun ən qəddar cinayət təşkilatlarından biri hesab olunur. Qruplaşma Meksikanın məşhur “Sinaloa” karteli ilə əlaqələrə malikdir və ölkədə kokaın tədarükünün əsas marşrutlarını nəzarətdə saxlayır. ABŞ Dövlət Departamenti 2025-ci ilin sentyabrında təşkilatı terrorçu qruplaşmalar siyahısına, Ekvador hökuməti isə 2024-cü ilin yanvarında terror təşkilatı kimi tanıyıb.
Məlumatda vurğulanır ki, mükafat proqramı ABŞ və Ekvador hökumətlərinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Nilay