Kiyevin Darnitsa rayonunda baş verən ardıcıl partlayışlar terror aktı kimi qiymətləndirilərək araşdırılır.
32gun.az xəbər verir ki, bu barədə şəhər prokurorluğu Telegram kanalında məlumat yayıb.
Prokurorluğun məlumatına görə, birinci partlayış ərazidə patrul xidməti aparan iki nəfər Milli Qvardiya əməkdaşı zamanı baş verib. Nəticədə onlardan biri həyatla bir araya sığmayan xəsarətlər alaraq ölüb, digər qvardiyaçının və ərazinin mühafizəçisinin isə yaralandığı bildirilir.
Məlumata əsasən, ikinci partlayış polis və təcili tibbi yardım əməkdaşları hadisə yerində işlədiyi vaxt baş verib. Bu partlayış nəticəsində iki polis əməkdaşı xəsarət alıb.
“Hadisə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsi — terror aktı kimi təsnif edilib. Hazırda məlumdur ki, partlayışa özgə düzəlmə (sərbəst hazırlanmış) partlayıcı qurğu səbəb olub”, — deyə prokurorluq bəyan edib.
Bir neçə saat əvvəl Ukraynanın “Strana.ua” nəşri Kiyevdə “Xarkovskaya” metro stansiyası yaxınlığında partlayış baş verdiyini bildirmişdi. Şahidlər bir neçə ardıcıl səs eşitdiklərini deyiblər. Hadisə yerində istintaq-əməliyyat qrupları, kriminalistlər, partlayış üzrə mütəxəssislər və kinoloqlar çalışıb.
Ayaz