DÜNYA ÖZ XƏBƏR

ABŞ daşqınlar səbəbindən 100 min Vaşinqton sakinini təxliyə etməyə çağırdı

ABŞ-ın Vaşinqton ştatının qərbində yerləşən Skagit çayı vadisində yaşayan təxminən 100 min nəfərə güclü daşqın təhlükəsi ilə əlaqədar dərhal ərazini tərk etmələri barədə göstəriş verilib. 32gun.az xəbər verir ki, bubarədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, söhbət hər il ən azı bir faiz ehtimalla böyük daşqın baş verə bilən, “yüzillik çay vadisi” kimi tanınan ərazidən gedir. Rəsmilər mümkündür ki, gözlənilən daşqının miqyası tarixə düşəcək səviyyədə olsun, deyə xəbərdarlıq edirlər.

Hazırda xəsarət alan olmasa da, fövqəladə xidmətlər çay suyunun kəskin şəkildə yüksəlməsi səbəbilə yüksək təhlükə olduğunu bildirirlər. Daşqının pik həddinə 12 dekabr, cümə günü çatacağı proqnozlaşdırılır.

11 dekabrda Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson ştat ərazisində fövqəladə vəziyyət elan edib. Onun sözlərinə görə, təxminən 100 min sakin təxliyə oluna bilər və vəziyyət son dərəcə qeyri-sabit olaraq qalır.

ABC telekanalı isə 9 dekabrda xəbər vermişdi ki, ABŞ-da doqquz milyondan çox insan potensial daşqın riski olan zonalarda yaşayır. Güclü yağışlar səbəbilə torpaq sürüşmələri və sel axınlarının da mümkün olduğu qeyd olunub.

Ayaz 

Oxşar Xəbərlər