Almaniyanın avtomobil istehsalçısı Volkswagen 88 illik tarixində ilk dəfə olaraq zavodlarından birini bağlamaq qərarına gəlib.
32gun.az xəbər verir ki, bu barədə Financial Times (FT) nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, şirkət çərşənbə axşamından etibarən Drezdendə yerləşən zavodunda avtomobil istehsalını dayandıracaq.
Vurğulanır ki, bu qərar Volkswagen-in avtomobil istehsalı tarixində misli görünməmiş addımdır və ilk dəfə belə bir bağlanma baş verir.
Məqalə müəlliflərinin bildirdiyinə görə, qərarın əsas səbəbi Çində və Avropada satışların azalması fonunda yaranan maliyyə çətinlikləridir. Şirkət məhz bu amillər səbəbindən istehsalı dayandırmaq məcburiyyətində qalıb.
Ayaz