ÖZ XƏBƏR
Azərbaycan Tibb Universitetinə 764 min manatlıq görün nə alınır
Azərbaycan Tibb Universiteti klinikalarına tələb olunan avadanlıqların alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, ehtimal olunan qiymət: 763.651,30 AZN təşkil edir.
Tender çərçivəsində UPS-lər, noutbuklar, kompyuterlər, monitorlar, routerlər, printerlər, server yaddaş diskləri və digər texniki avadanlıqlar satın alınacaq. UPS-lər 80–120 kVA nominal gücə malik, uzunmüddətli batareya ömrü və on-line double conversion texnologiyası ilə təmin olunacaq. Noutbuk və kompyuterlər yüksək performanslı prosessor və GPU-larla təchiz olunub. Monitorlar QD-OLED, 4K UHD və yüksək yenilənmə tezliyi ilə seçilir.
Bütün avadanlıqlar MAF sənədi tələb olunmaqla, standartlara cavab verməli və uzunmüddətli istifadə üçün nəzərdə tutulub.
Ayaz