Ana olduqdan 8 ay sonra çimərlik geyimində fotosessiya etdi
Model Anna Zavorotnyuk doğuşdan səkkiz ay sonra çimərlik geyimində fotosessiya edib.
32gun.az bildirir ki, o, mavi rəngli monokini ilə çimərlikdə poz verib, obrazını ağ köynəklə tamamlayaraq fotsunu Instagram hesabında paylaşıb .
Bloqer yaxın vaxtlarda həyat yoldaşı və oğlu ilə birlikdə yenidən Dubaya qayıdıb. Biznesvumen bildirib ki, BƏƏ-yə köçmələri əvvəlcə siyasi hadisələrlə deyil, ərinin işi ilə bağlı olub. Zavorotnyukun sözlərinə görə, Rusiyanı tamamilə tərk edə bilməz, çünki ən yaxın və sevdiyi insanlar orada yaşayır. Buna görə də o, vaxtaşırı Moskvada qalır. Model etiraf edib ki, iki şəhər arasında yaşamaq tərzi onu tam qane etmir, lakin başqa çıxış yolu yoxdur.
Anna Zavorotnyuk sahibkar Timur İsmayılovla evlidir. Onun həyat yoldaşının kimliyi yalnız 2024-cü ilin iyununda açıqlanıb. Modelin sözlərinə görə, onlar səkkiz il əvvəl Nyu-Yorkda təhsil alarkən tanış olublar. Timur İsmayılov 2021-ci ildə ona evlilik təklifi edib və Dubaya köçməzdən əvvəl cütlük rəsmi nikaha daxil olub.
Qeyd edək ki, bloqer 2 aprel 2025-ci ildə ana olub. O, Moskvada ilk övladı Marseli dünyaya gətirib və yeddi ay ərzində ölkəni tərk etməyib.
Nilay