Üzeyir Hacıbəylinin nadir fotosu paylaşılıb
Sosial şəbəkələrdə Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin nadir fotolarından biri yayılıb. 32gun.az bildirir ki, Paylaşım qısa zamanda böyük maraq və kövrək hisslər doğurub.
Fotoda Üzeyir bəy həyat yoldaşı Məleykə xanımla birlikdə əks olunub. Məlumata görə, bu şəkil bəstəkarın son illərinə aid fotolardan biridir və 1948-ci ildə Barvixa sanatoriyasında çəkilib.
Tarixi foto sosial şəbəkə istifadəçiləri tərəfindən böyük ehtiramla qarşılanıb, şərhlərdə Üzeyir bəyin Azərbaycan mədəniyyəti və musiqisindəki misilsiz xidmətləri xatırladılıb. Bir çox istifadəçi paylaşımı milli-mədəni irsimizin dəyərli yaddaş nümunəsi kimi qiymətləndirib.
Qeyd edək ki, Üzeyir bəy Hacıbəyli təkcə musiqi əsərləri ilə deyil, maarifçi fəaliyyəti və milli düşüncəyə verdiyi töhfələrlə də xalqımızın yaddaşında əbədi yer tutub. Onun həyatının son dövrlərini əks etdirən bu cür fotolar isə böyük sənətkarın insani tərəfini daha yaxından görməyə imkan yaradır.
Nilay