ÖZ XƏBƏR
DSMF-nun 54 min manatlıq satınalması ləğv edildi
"Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi Şəxsi tərəfindən inventarların satınalınması ilə bağlı keçirilən tender ləğv edilib.
32gun.az xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır. Bu hal “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən tenderin ləğvini zəruri edib.
Ləğv prosesi müvafiq protokolun təqdim olunması ilə rəsmiləşdirilib. Satınalmanın ehtimal olunan qiyməti isə 54.986,82 manat təşkil edib.
Ayaz